• Layihə
Seemoorg üçün E-Commerce Veb Platformasının Hazırlanması
Seemoorg üçün yaradılmış e-commerce (e-ticarət) platforması, şirkətin məhsullarını rəqəmsal bazarda peşəkar formada təqdim etmək, müştərilərə asand sifariş prosesi, təhlükəsiz onlayn ödəniş, çoxdilli istifadə interfeysi və mobil uyğun dizayn vasitəsilə yüksək səviyyəli istifadəçi təcrübəsi təqdim etmək məqsədi ilə hazırlanıb.
Platformada məhsullar kateqoriyalara bölünmüş şəkildə, aydın strukturla təqdim olunur. İstifadəçilər məhsulları axtara, səbətə əlavə edə, onlayn ödəmə sistemləri vasitəsilə alış-verişi tamamlaya bilirlər. Sistem həm B2C (fərdi müştərilər), həm də geniş məhsul portfelinə malik şirkətlər üçün uyğunlaşdırılmışdır.
Texniki baxımdan platforma SEO optimallaşdırılmış, sürətli yüklənən, çoxdilli dəstəkli və tam mobil adaptiv quruluşa malikdir. İdarəetmə paneli vasitəsilə məhsulların əlavə edilməsi, sifarişlərin izlənməsi, kampaniyaların yaradılması və ödənişlərin idarə olunması rahat şəkildə həyata keçirilir.
Layihə nəticəsində Seemoorg öz satış fəaliyyətlərini rəqəmsal mühitə tam inteqrasiya edərək, müştəri bazasını genişləndirən, marka dəyərini artıran və davamlı onlayn satış kanalı formalaşdıran güclü bir e-commerce sisteminə sahib olub.
• XİDMƏTLƏR
- Davamlı Texniki Dəstək
- Verilənlər Bazası Dizaynı və Diagram Qurulması
- İnteqrasiya Həlləri
- Avtomatlaşdırılmış İş Axınları
- UAT (İstifadəçi Qəbul Testləri)
- Veb Proqramlaşdırma
- Performans Optimallaşdırılması
- Wireframe və Prototiplərin Hazırlanması
- Kodun və Sistemlərin Sənədləşdirilməsi
- UI/UX Dizayn
- Biznes Proseslərin Modelləşdirilməsi (BPM)
- Test və Keyfiyyət Təminatı (QA)
- Sistem Arxitekturasının Qurulması
- Monitorinq və Performans Təhlili

















