UI/UX dizayn, istifadəçilərin rəqəmsal məhsuldan — veb-sayt, mobil tətbiq və ya platformadan — rahat, sürətli və intuitiv şəkildə istifadə etməsini təmin edən dizayn və təcrübə qurma prosesidir. UX (User Experience) istifadəçi təcrübəsini, yəni səhifədə necə davrandığını, nələri tapmaqda çətinlik çəkdiyini, hansı addımlarla hədəfə çatdığını araşdırır və bu məlumatlara əsasən struktur qurur. UI (User Interface) isə vizual görünüşü — rəng palitrası, ikonlar, qrafika, düymələr, tipografiya və interfeys elementlərini dizayn edir.
Peşəkar UI/UX dizayn sayəsində rəqəmsal məhsul daha istifadəyə yararlı olur, konversiya faizi artır, istifadəçilər daha çox vaxt keçirir və brend haqqında müsbət təəssürat formalaşır. Veb-sayt və tətbiqlərdə yüksək UX keyfiyyəti, düzgün UI dizaynı, mobil uyğunluq, naviqasiya rahatlığı, sürətli qarşılıqlı əlaqə, həmçinin məhsulun bazarda uğur şansını ciddi şəkildə artıran əsas faktorlardandır.