Son illərdə süni intellekt (AI) texnologiyaları çox sürətlə inkişaf edib. Bunun nəticəsində AI tərəfindən yaradılan videolar sosial mediada demək olar ki, hər yerdə görünməyə başlayıb. Xüsusilə YouTube Shorts, TikTok, Instagram Reels və Facebook kimi platformalarda hər gün minlərlə süni intellekt videoları paylaşılır. Bu videolar çox qısa müddətdə həm baxış saylarını artırmaq, həm də reklam gəliri qazanmaq üçün güclü bir vasitəyə çevrilib.
AI Slop” nədir və niyə bu qədər populyardır?
Son zamanlar bu videolar arasında “AI Slop” adlanan xüsusi bir növ populyarlaşıb.“AI Slop” termini tənqidçilər tərəfindən istifadə olunur və bu, aşağı keyfiyyətli, tez hazırlanmış və sadə məzmunlu süni intellekt videolarını təsvir edir. Yəni bu cür videolarda:
Eyni səhnələr və ya ideyalar dəfələrlə təkrarlanır
Hekayə və ya məntiq çox zəif olur
Videolar çox qısa zamanda hazırlanır
Amma buna baxmayaraq, bu kontentlər milyonlarla baxış toplayır.Çünki sosial media platformalar istifadəçilərin videolara tez baxıb keçməsini və çox vaxt keçirməsini sevir. Bu da həmin kontentlərin Google axtarış nəticələrində, sosial media trendlərində və “ Tövsiyyə ” bölmələrində daha çox görünməsinə səbəb olur.
Google üçün niyə bu cür videolardə vacibdir?
Google və digər axtarış sistemləri video kontentə böyük üstünlük verir. Əgər bir video tez-tez paylaşılıb baxılırsa, onun açar sözləri və başlığı yaxşı optimallaşdırılıbsa, həmin video axtarış nəticələrində ön sıralara çıxır. Ona görə də bu “AI Slop” videoları bəzən hətta keyfiyyətli məzmunların qarşısına keçir.
Nəticə
Bir sözlə, “AI Slop”- süni intellektlə tez və asan hazırlanan, lakin alqoritmlər sayəsində geniş yayılan video kontent növüdür. Bu trend həm istifadəçilərin baxış vərdişlərini, həm də Google SEO strategiyalarını dəyişməyə başlayıb. Ona görə də bu sahəni anlamaq, düzgün açar sözlərdən istifadə etmək və keyfiyyətli alternativ kontent yaratmaq həm izləyicilər, həm də kontent yaradıcıları üçün vacibdir.