0%
SaaS Platforması Nədir?

SaaS platforması (Software as a Service), proqram təminatının istifadəçiyə internet üzərindən xidmət kimi təqdim edildiyi, yəni qurulum və server idarəetməsi tələb etməyən bulud əsaslı proqram modelidir. İstifadəçilər sadəcə abunəlik əsasında daxil olur, istifadə edir və bütün yeniləmələr, təhlükəsizlik, backup və server infrastrukturu avtomatik olaraq platforma tərəfindən idarə olunur.

SaaS həllərinə CRM sistemləri, ERP modul bazalı platformalar, ödəniş sistemləri, project management alətləri, email marketinq sistemləri, analitika paneli, e ticarət xidmətləri, HR idarəetmə, onlayn rezervasiya, faktura və maliyyə proqramları, həmçinin çoxsaylı beynəlxalq xidmətlər - Google Workspace, Dropbox, Shopify, Slack və s. daxildir.

SaaS platformasının üstünlükləri: qurulum tələb etmir, hər yerdən giriş imkanı, aşağı infrastruktur xərci, avtomatik yeniləmələr, miqyaslana bilən resurslar, çox istifadəçi dəstəyimaksimum təhlükəsizlik. Bu model şirkətləri ağır server idarəetməsindən azad edir və biznesə yalnız funksionallıqdan istifadə etməyə fokuslanmağa imkan yaradır.

arrow Up