Responsive dizayn, veb-saytın və ya rəqəmsal interfeysin bütün ekran ölçülərinə — mobil, planşet, noutbuk və masaüstü cihazlara — avtomatik uyğunlaşmasını təmin edən dizayn yanaşmasıdır. Bu metodda saytın strukturu, şəkillər, mətnlər, bloklar və naviqasiya elementləri ekran ölçüsünə görə yenidən formalaşır və istifadəçiyə hər cihazda ideal görünüş və rahat istifadə təcrübəsi təqdim edir.
Responsive dizayn həm mobil uyğunluq, həm SEO optimallaşdırması, həm də istifadəçi təcrübəsi (UX) baxımından kritik əhəmiyyət daşıyır. Google mobil uyğun saytları daha yüksək qiymətləndirir və sıralamada üstün edir. Bundan əlavə, responsiv yanaşma sayəsində saytın yüklenmə sürəti artır, səhifələr arasında keçid rahatlaşır və istifadəçilərin saytda keçirdiyi vaxt optimallaşır. Müasir dövrdə responsive dizayn bütün peşəkar veb layihələrin standart tələbinə çevrilmişdir.