
• Layihə
Planyx MMC üçün Korporativ Veb Saytın Hazırlanması
Planyx MMC üçün yaradılmış korporativ veb sayt şirkətin fəaliyyət sahələrini — layihələrin idarə olunması və planlanması, tikintidə keyfiyyətə nəzarət, mühasibatlıq, SƏTTƏM (Səhiyyə, Əmək Təhlükəsizliyi və Təbiətin Mühafizəsi), xərclərin idarə olunması və digər mühəndislik istiqamətlərini düzgün struktura malik dizayn və funksional sistem üzərindən təqdim etmək məqsədilə hazırlanıb.
Saytda şirkət haqqında ətraflı məlumat, təqdim edilən xidmətlər, əsas fəaliyyət sahələri və onlayn əlaqə forması yer alır. Struktur minimalist yanaşma ilə tərtib olunub ki, bu da həm masaüstü, həm də mobil cihazlarda optimal görüntü və istifadəyə rahatlıq təmin edir. Texniki baxımdan sayt SEO optimallaşdırılmış, çoxdilli dəstəyə malik, sürətli yüklənən və korporativ imici əks etdirən bir sistemdir.
Planyx MMC şirkətinin fəaliyyətində mühüm yer tutan EPPM Web Server sistemi də saytda xüsusi bölmə kimi təqdim olunur. Bu sistem vasitəsilə layihə menecerləri və şirkət rəhbərləri layihə nəzarətini internet üzərindən real vaxtda izləyə, operativ qərarlar qəbul edə və çətinliklərə daha çevik həll yolları tətbiq edə bilirlər.
Layihə nəticəsində Planyx MMC öz xidmətlərini rəqəmsal mühitdə peşəkar şəkildə təqdim edən, müştərilər və tərəfdaşlar üçün etibarlı və strukturlaşdırılmış informasiya mənbəyinə çevrilən güclü bir korporativ onlayn platforma əldə etmişdir.
• XİDMƏTLƏR
- UI/UX Dizayn
- Kodun və Sistemlərin Sənədləşdirilməsi
- Test və Keyfiyyət Təminatı (QA)
- UAT (İstifadəçi Qəbul Testləri)
- Veb Proqramlaşdırma
- Performans Optimallaşdırılması
- Wireframe və Prototiplərin Hazırlanması
- Biznes Proseslərin Modelləşdirilməsi (BPM)
• layihə prosesi
Bu layihədə keçdiyimiz mərhələlər










Layihədən ekran görüntüləri


Masaüstü və mobil görünüş


