API (Application Programming Interface) müxtəlif proqramların və sistemlərin bir biri ilə standart qaydada əlaqə yaratmasına imkan verən proqramlaşdırma interfeysidir. API, məlumatların server ilə tətbiq arasında mübadiləsini idarə edən bir körpü rolunu oynayır və bu mübadilə JSON, XML, HTTP request, endpoint və digər protokollar vasitəsilə həyata keçirilir.
API necə işləyir?
-
Tətbiq API vasitəsilə sorğu (request) göndərir.
-
Server bu sorğunu qəbul edib emal edir.
-
Server cavabı JSON formatında geri qaytarır.
-
Tətbiq bu məlumatı istifadəçiyə göstərir və ya arxa planda funksiyanı icra edir.
API-lər veb proqramlarda, mobil tətbiqlərdə, ödəniş sistemlərində, sosial şəbəkələrdə, logistika platformalarında, xəritə xidmətlərində, SaaS sistemlərində və yüzlərlə başqa sahədə istifadə olunur.
Peşəkar API inteqrasiyası sistemlərin bir biri ilə problemsiz işləməsini, sürətli məlumat axınını, təhlükəsiz əlaqəni, avtomatlaşdırmanı və yüksək performansı təmin edir. API-lər olmadan müasir proqramların böyük əksəriyyəti işləyə bilməz.