• Layihə
Vipex üçün Mobil Tətbiqin Hazırlanması
Vipex üçün hazırlanmış bu layihə çərçivəsində həm iOS, həm də Android platformaları üçün tam funksional mobil tətbiq yaradıldı. Layihənin məqsədi kuryer və göndəriş xidmətlərini rəqəmsal mühitə daşımaq, istifadəçilərə sürətli sifariş, real vaxt izləmə və bildiriş sistemi vasitəsilə tam nəzarət imkanı təqdim etmək idi.
Tətbiq vasitəsilə istifadəçilər qeydiyyatdan keçərək şəxsi hesab yarada, göndəriş sifarişi verə, çatdırılma statusunu real vaxt rejimində izləyə və sistem bildirişləri vasitəsilə hər bir mərhələdən anında xəbərdar ola bilirlər. Həm fərdi, həm də korporativ istifadəçilər üçün nəzərdə tutulan bu həll, logistika əməliyyatlarını vahid platformada birləşdirərək idarəetməni sadələşdirir və xidmət keyfiyyətini artırır.
Dizayn müasir UX/UI standartlarına əsaslanaraq hazırlanıb, tətbiq tam çoxdilli dəstək, mobil uyğun optimallaşdırma və bildiriş inteqrasiyası ilə təchiz edilib. Mobil tətbiq hazırlanması sahəsində ən son texnologiyaların tətbiqi nəticəsində Vipex sifarişlərin, göndərişlərin və bildirişlərin idarə olunmasını effektiv, operativ və etibarlı bir sistemə çevirmişdir.
• XİDMƏTLƏR
- Monitorinq və Performans Təhlili
- UI/UX Dizayn
- Sistem Arxitekturasının Qurulması
- API İnkişafı
- Məlumat Bazası Qurulması
- Biznes Proseslərin Modelləşdirilməsi (BPM)
- Sistem Təhlükəsizliyinin Qurulması
- Məlumatların Migrasiyası
- Verilənlər Bazası Dizaynı və Diagram Qurulması
- Mobil Proqramlaşdırma
- DevOps və CI/CD Quraşdırılması
- İnteqrasiya Həlləri
- Avtomatlaşdırılmış İş Axınları
• layihə prosesi
Bu layihədə keçdiyimiz mərhələlər














Mobil tətbiqdən ekran görüntüləri
