0%
İş barədə məlumat

Son müraciət tarixi: Müraciət müddəti başa çatıb

Vəzifə:SMM Mütəxəssisi

SMM Təcrübəçisi - Proweb Software Company

İşin tam təsviri
Maaş aralığı: 300 AZN
İşin növü: Tam iş günü
İş rejimi: Əyani

Sosial Media İdarəçiliyinə Dəstək

  • Şirkətin sosial media hesablarının (Instagram, Facebook, TikTok, LinkedIn) idarəsinə kömək
  • Gündəlik və həftəlik paylaşımların hazırlanması və planlanması
  • Post, story və reels üçün kontent ideyalarının hazırlanması
  • Dizayner üçün dəqiq və strukturlaşdırılmış briflərin verilməsi

Kontent və Kreativ İşlər

  • Aylıq kontent planının hazırlanmasında iştirak
  • Lokal və qlobal sosial media trendlərinin araşdırılması və tətbiqi
  • Brend layihələri üçün kreativ konseptlərin hazırlanmasına dəstək
  • Şirkət saytında SEO yönümlü məqalə və kontentlərin yazılması

Analitika və Araşdırma

  • Sosial media statistikalarının toplanması
  • Sadə performans hesabatlarının hazırlanması
  • Rəqib kontentlərinin araşdırılması
     

Namizədə Tələblər

  • Azərbaycan dilində sərbəst yazı və ifadə qabiliyyəti
  • Kreativ düşüncə və kontent ideyası yarada bilmək
  • Sosial media və trendlərə maraq
  • SEO yönümlü yazı yazmağa həvəs
  • Google alətlərindən sərbəst istifadə (Docs, Sheets və s.)
  • Fərqli onlayn alətlərdən sərbəst istifadə bacarığı
  • Komputerdən sərbəst və peşəkar istifadə bacarığı
  • Rus və ingilis dillərində əsas terminləri anlama bacarığı (üstünlükdür)
  • Məsuliyyətli və öyrənməyə açıq olmaq

Biz Nələri Təklif Edirik?

  • SMM sahəsində sıfırdan praktiki təcrübə
  • Sayt üçün SEO yönümlü yazılar yazaraq portfel yaratmaq imkanı
  • Peşəkar komandadan öyrənmək və inkişaf etmək
  • Brend layihələrdə iştirak
  • Təcrübə müddəti bitdikdən sonra iş imkanı
  • Rahat və kreativ iş mühiti

Şirkət Haqqında

Şirkət: Proweb Software Company
İş yeri: Arena Plaza
İş rejimi:

  • Həftə içi 5 gün
  • Şənbə günü hibrid
  • İş saatı: 09:45–18:00
  • Rəsmi istirahət və bayram günləri qanunvericiliyə uyğun

Təcrübə dövrü üçün təqaüd: 300 AZN (yol və yemək xərcləri üçün nəzərdə tutulub)

Müraciət

CV-nizi [email protected] ünvanına göndərin.
Mövzu hissəsinə “SMM Təcrübəçisi” yazın.

Bacarıqlar
Tələblər
arrow Up