Native tətbiqlər, iOS və ya Android üçün xüsusi olaraq həmin platformanın öz proqramlaşdırma dilləri ilə (Swift, Kotlin və s.) yazılan, yüksək performans və maksimum stabil işləmə təmin edən mobil proqramlardır. Native tətbiqlər cihazla daha dərin inteqrasiya edir, yüksək sürət, güclü təhlükəsizlik, offline imkanları, kamera, GPS, sensorlar və digər sistem funksiyalarından maksimal istifadə imkanı yaradır.
Hybrid tətbiqlər isə bir dəfə hazırlanaraq həm iOS, həm də Android platformalarında işləyə bilən çoxplatformalı tətbiqlərdir. Bu tətbiqlər Flutter, React Native, Ionic kimi texnologiyalar əsasında qurulur. Hybrid tətbiqlərin üstünlüyü daha sürətli inkişaf, daha az maliyyət, eyni kod bazası ilə iki platformaya çıxış və yeniləmə rahatlığıdır.
Hər iki yanaşma biznesin ehtiyaclarından asılı olaraq seçilir: yüksək performans və mükəmməl istifadəçi təcrübəsi üçün Native, daha sərfəli və sürətli bazara çıxış üçün Hybrid tətbiqlər idealdır.