Mobil tətbiqin backend-i, istifadəçinin görə bilmədiyi, lakin tətbiqin işləməsini təmin edən server tərəfli infrastruktur və proqramlaşdırma qatıdır. Backend məlumatların saxlanılması, istifadəçi autentifikasiyası, API vasitəsilə tətbiqin frontend ilə əlaqəsi, bildirişlərin göndərilməsi, ödəniş sistemləri, təhlükəsizlik, real-time funksiyalar və digər məntiqi proseslərin idarə olunmasından məsuldur.
Backend adətən Laravel, Node.js, Django, Spring, .NET, Firebase və digər server texnologiyaları ilə qurulur. Mobil tətbiqlərin etibarlı və stabil işləməsi üçün backend-in skalabillik, yükdaşıma gücü, məlumat təhlükəsizliyi, caching, API optimallaşdırması və microservice arxitekturası kimi tələblərə cavab verməsi vacibdir.
Güclü backend olmadıqda mobil tətbiq yalnız sadə vizual interfeys səviyyəsində işləyir və kompleks funksiyaları yerinə yetirə bilmir. Bu səbəbdən mobil tətbiq inkişafı prosesində backend sistemi layihənin əsası hesab olunur və tətbiqin performansına birbaşa təsir göstərir.