0%

Hansının Ən Yaxşı Brauzer Olduğunu Düşünürsən? - Real Təhlil və Nəticələr

Tarix:
6 dekabr 2025
Baxış:
107
Yazar

Internetdən istifadədə brauzer seçimi düşündüyümüzdən daha böyük rol oynayır. Sürət, RAM istifadəsi, gizlilik, izləyici bloklama, rəqəmsal barmaq izi qorunması və telemetriya siyasətləri kimi faktorlar brauzerlərin davranışını ciddi şəkildə dəyişir. Bu yazıda müxtəlif brauzerlərin hansı sahədə üstün, hansı sahədə zəif olduğunu obyektiv şəkildə təhlil edirik.

RAM istifadəsi: Brauzerlərin daxili quruluş fərqlərinin təsiri

Ən çox verilən suallardan biri budur: “Niyə brauzerlərin RAM nəticələri bu qədər fərqlidir?”

Bu fərqin səbəbi çox sadədir - brauzerlərin müddət prosesləri tamamilə fərqli memarlıq prinsiplərinə əsaslanır.

Chromium əsaslı brauzerlər

Chrome, Edge, Brave, Comodo Dragon kimi brauzerlər hər sekmə və hər uzantını ayrı proses kimi işlədir. Bu, təhlükəsizliyi artırsa da, RAM istifadəsini yüksəldə bilər.

Firefox əsaslı brauzerlər

Daha az, lakin daha böyük proseslərdən istifadə etdiyi üçün RAM istifadəsi daha balanslıdır.

Gizlilik yönümlü brauzerlər

Tor, Libra Wolf və Digər hardcore gizlilik brauzerləri əlavə analiz, filtrasiya və izləyici bloklama mexanizmləri işlətdiyi üçün daha çox RAM sərf edir.

Yüngülləşdirilmiş brauzerlər

Comodo Dragon kimi brauzerlər Google xidmətlərindən təmizləndiyi üçün minimal resursla işləyir və zəif cihazlar üçün ən uyğun seçimlərdəndir.

İzləyici (Tracker) bloklama: Gizliliyin ana meydanı

Bu gün internetdə “məhsul göstərmək” reklamların yalnız 10%-idir. Əsas məqsəd istifadəçinin xarakterini, maraqlarını, davranış modelini və tarixi fəaliyyətini çıxarmaqdır. Burada izləyici bloklama əsas rolu oynayır.

Brauzerlər bu sahədə üç qrupa bölünür:

  1. Tam bloklama edənlər - Brave, Tor, Libra Wolf
  2. Qismən bloklayanlar - Firefox, Vivaldi, Zen Browser
  3. Bloklamayanlar - Chrome, Edge və əksər standart brauzerlər

Əgər reklamsız, daha təmiz və izlənilməyən təcrübə istəyirsənsə, birinci qrup ən doğru seçimdir.

Rəqəmsal barmaq izi (Fingerprint) - görünməyən təhlükə

İstifadəçilərin əksəriyyəti kukiləri silmək və gizli rejimdən istifadə etməyin onları tam qoruduğunu düşünür. Halbuki rəqəmsal barmaq izi çox daha güclü identifikasiya mexanizmidir.

Saytlar brauzerin:

  • ekran ölçüsünü,
  • əməliyyat sistemini,
  • GPU modelini,
  • quraşdırılmış fontları,
  • brauzer versiyasını

və onlarca başqa texniki məlumatı toplayaraq səni unikal şəkildə tanıya bilir.

Tor

Bütün istifadəçilərə eyni fingerprint verir - bu səbəbdən tam anonimliyə ən yaxın brauzerdir.

Brave

Fingerprint məlumatlarını dövri olaraq dəyişir. Gizlilik + praktik istifadə balansını ən yaxşı qoruyanlardan biridir.

Firefox / Vivaldi

Bəzi məlumatları təsadüfiləşdirir, lakin tam şəffaflıqdan qaçmaq üçün bəzi parametrləri sabit saxlayır.

Chrome

Fingerprint məlumatlarının demək olar ki, hamısını olduğu kimi serverlərə ötürür. Gizlilik baxımından ən zəif qruplardandır.

Telemetriya: Brauzerlər arxa planda sənə aid nə göndərir?

Telemetriya - brauzerin inkişafı və performans izləməsi üçün arxa planda göndərdiyi məlumat paketləridir.

Bura daxildir:

  • davranış analitikası,
  • brauzer versiyası,
  • istifadə olunan funksiyalar,
  • çöküş hesabatları,
  • OS məlumatları,
  • axtarış sorğuları.

Brauzerlərin telemetriya davranışları belədir:

  • Tor - tam bağlı
  • Brave - minimum səviyyədə
  • Firefox - orta səviyyə
  • Chrome - yüksək telemetriya

Əgər izlənilmək istəmirsənsə, telemetriya siyasəti seçimdə əsas kriteriya olmalıdır.

Bəs “ən yaxşı brauzer” hansıdır?

Brauzer seçimi şəxsi tələblərdən asılıdır. Buna görə də ən yaxşı brauzer, sənin istifadə senarilərinə ən uyğun gələn brauzerdir.

  • Tam anonimlik istəyirsənsə - Tor
  • Gündəlik istifadə üçün balans axtarırsansa - Brave
  • Uyğunluq və proqramlaşdırma üçün - Chrome
  • Sistem resurslarına nəzarət vacibdirsə - Opera GX
  • Zəif RAM-lı cihazlar üçün - Comodo Dragon
     

Heç bir brauzer hər sahədə ən yaxşı deyil və bu, normaldır.

Nəticə

Brauzerlər arasında seçim etmək təkcə sürətə və interfeysə baxmaq demək deyil. Gizlilik, izləyici bloklama, rəqəmsal barmaq izi qorunması və telemetriya siyasəti seçimdə əsas rol oynayır. Bu meyarlar nəzərə alınanda Brave gündəlik istifadə üçün ən balanslı nəticəni göstərir, Tor isə anonimlik baxımından ən güclü seçim olaraq qalır.

Unutma: Heç bir brauzer göründüyü kimi tam gizli deyil.

Web Proqramların Hazırlanması

• Xidmətlər

star icon

Web Proqramların Hazırlanması

Proqram təminatının hazırlanması xidmətimiz müxtəlif sənayelərdə fəaliyyət göstərən müəssisələrin unikal ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulub. İdeya və planlaşdırmadan başlayaraq, inkişaf, sınaq, yerləşdirmə və dəstə...

view more
arrow right
arrow Up