0%
ERP Sistemi Nədir?

ERP sistemi (Enterprise Resource Planning) şirkətin bütün daxili proseslərini vahid platforma üzərindən idarə etməyə imkan verən kompleks biznes idarəetmə proqramıdır. ERP həlləri satış, anbar, mühasibatlıq, insan resursları, istehsalat, logistika, satınalma, layihə idarəetməsi kimi modulları birləşdirərək şirkətdə olan məlumat axınını tam avtomatlaşdırır və prosesləri real vaxtda izləməyə şərait yaradır.

ERP sistemi şirkətə operativ qərarvermə, düzgün resurs bölgüsü, xərcə nəzarət, məhsuldarlıq artımı və idarəetmədə şəffaflıq qazandırır. Eyni zamanda məlumatların eyni mərkəzdə toplanması şirkətin effektiv hesabatlar, analitika, proqnozlaşdırma və performans ölçmə imkanlarını gücləndirir.

Peşəkar ERP sistemi şirkət daxilində dağınıq şəkildə çalışan prosesləri birləşdirir, lazımsız xərcləri azaldır və müəssisənin daha çevik, planlı və rəqabətədavamlı fəaliyyət göstərməsinə imkan yaradır. Bu səbəbdən ERP, iri və orta bizneslərin ən kritik texnoloji investisiyalarından biridir.

arrow Up