Bir Şəkildən Kripto Cüzdanına Çatmaq: OSINT Necə İşləyir?
Bəzən düşünürük ki, hesabımı ələ keçirən adam güclü proqramçı və ya kompüter mühəndisi olmalıdır. Amma bu yazıda heç bir kod və heç bir xüsusi alət istifadə etmədən sadəcə bir şəkildən bir insan haqqında nə qədər məlumat toplamağın mümkün olduğunu göstərəcəyəm.
İnternetdə paylaşdığımız hər bir foto və ən kiçik məlumat düşündüyümüzdən daha çox iz buraxır. Bu izlər OSINT metodları ilə toplandıqda insanın kimliyi, olduğu yer, sosial hesabları və hətta kripto cüzdan ünvanı belə ortaya çıxa bilər.
OSINT nədir?
OSINT internetdə açıq qalan məlumatlardan istifadə edilən araşdırma metodudur. Buraya sosial şəbəkələr, şəkillər, videolar, metadata, Google nəticələri, iCloud və Google Photos məlumatları kimi hər kəsin istifadə etdiyi mənbələr daxildir. Burada hakerlik yoxdur, yalnız insanların özləri tərəfindən buraxılan sosial media izləri var.
1. Şəkildə gizli məlumatlar
Bəzən şəkil üzərində görünən rəqəmlər, simvollar və kiçik detallar təsadüfi olmur. Bunlar ASCII və ya digər üsullarla oxunaraq gizli mətnə çevrilə bilər. Bu səbəbdən şəkildən məlumat tapmaq OSINT-in ilk addımlarından biridir.
2. Metadata - şəkilin görünməyən tərəfi
Metadata şəkilin içində saxlanılan texniki məlumatdır və çox vaxt belə detallar olur:
- cihazın adı
- sahibinin adı
- çəkilmə tarixi
- geolokasiya (GPS məlumatı)
Məsələn, çox adam telefonuna öz adını verir və bu ad metadatada görünür. Bu, kimliyi müəyyənləşdirməyə kifayətdir.
3. Sosial şəbəkələrdən məlumat toplamaq
Bir ad və ya istifadəçi adı tapıldıqdan sonra Instagram, Facebook, TikTok və LinkedIn profillərinə çıxmaq mümkündür. Oradakı fotolar, şərhlər, lokasiya etiketləri və bio məlumatlar insanın həyatına dair çox böyük sosial media izləri yaradır.
4. Google Photos, iCloud və Instagram izləri
Bu platformalar istifadəçinin bilmədiyi məlumatları belə saxlayır:
- Google Photos şəkilin xəritədə harada çəkildiyini göstərir
- iCloud EXIF və metadata fayllarını tam saxlayır
- Instagram avtomatik lokasiya və tarix əlavə edir
Bu məlumatlar insanın gündəlik hərəkət xəritəsini qurmağa imkan verir və anonimlik tamamilə itə bilər.
5. Kripto cüzdanın izlənməsi
Blockchain tam şəffafdır. Bir kripto cüzdan ünvanı əldə olunursa:
- balans
- keçmiş əməliyyatlar
- mədənçilik gəlirləri
- token dəyişiklikləri
EtherScan kimi alətlər vasitəsilə açıq şəkildə görünür. Bu isə əlavə ethereum izləmə imkanı yaradır.
6. Şəkildən yer təyin etmək
Fotodakı ən kiçik detallar belə geolokasiya üçün ipucu verir:
- arxa plandakı binalar
- abidələr
- reklam lövhələri
- hava limanı kodları
- dağ, göl və ya dəniz siluetləri
Bu məlumatlar şəkilin harada çəkildiyini müəyyənləşdirməyə imkan verir.
7. Wi-Fi BSSID izləri
Bəzi cihazlar avtomatik olaraq Wi-Fi şəbəkəsinin identifikatorunu saxlayır. Bu məlumat internet üzərinə düşərsə, həmin router-in təxmini mövqeyi belə tapıla bilər. Bu isə ciddi internet təhlükəsizliyi riskidir.
Nəticə
Sadəcə:
- bir şəkil
- metadata
- sosial media izləri
- açıq internet məlumatları
bir insan haqqında inanılmaz dərəcədə geniş məlumat ortaya çıxarır.
Bu, OSINT-in nə qədər güclü olduğunu və anonimlik qorunmayanda hansı nəticələrə gətirib çıxardığını göstərir.
Necə qorunmalı?
- metadata-nı sil
- lokasiya funksiyasını söndür
- paylaşdığın fotolara diqqət et
- cihazlara ad verərkən ehtiyatlı ol
Unutma: İnternetdən heç nə tam silinmir!
• Xidmətlər
Onlayn İdarəetmə Sistemləri
Bu xidmətimiz fərdiləşdirilmiş və genişlənə bilən idarəetmə sistemləri yaratmaq istəyən bizneslər üçün hərtərəfli həlldir. Təcrübəli komandamız müştərilərin unikal tələblərini başa düşmək və xüsusi ehtiyaclara cavab verən həl...